Hacıqabulda qatarda yanğın oldu, 4 nəfər tüstüdən zəhərləndi
Hacıqabulda qatarda yanğın olub, 4 nəfər
tüstüdən zəhərlənib.
TodayPress xəbər verir ki, hadisə rayon ərazisindən
keçən qatarların birində qeydə alınıb.
İlkin məlumata görə, qatarın kömür qutularının qızışması
zamanı tüstü ilə müşahidə olunan yanğın baş verib. Yanğın dərhal söndürülsə də,
dörd nəfər Hacıqabul sakini, 2000-ci il təvəllüdlü Yaqubov İlqar Mərhəmət oğlu,
1987-ci il təvəllüdlü Həsənov Emin Bəxtiyar oğlu, 1995-ci il təvəllüdlü Əkbərov
Əkbər Teymur oğlu və 1972-ci il təvəllüdlü Qədirov Mübariz Xanbaba oğlu
tüstüdən zəhərləniblər.
Zərərçəkənlər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına
çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
tag: Hacıqabul, Lənkəran, Xəstəxana, Qatar, Boğulma,