Hacıqabulda avtomobil piyadanı vuraraq öldürdü
Hadisə
04.12.2024 21:13
Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə Hacıqabul rayonunun Pirssat kəndinin ərazisində baş verib.
Belə ki, yolda
hərəkət edən avtomobil yolu keçən Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü
Əhmədova Şəhla İdris qızını vuraraq öldürüb.
Faktla bağlı
araşdırma aparılır.
tag: Hadisə, Qəza, Hacıqabul, Cəbrayıl, todaypress.az,