Hacıqabulda 55 yaşlı qadın inyeksiyadan şoka düşərək öldü

Hadisə

09.07.2024 00:27

Hacıqabul sakini inyeksiyadan şoka düşərək dünyasını dəyişib.

TodayPress xəbər verir ki, Hacıqabul sakini, 1969-cu il təvəllüdlü Rəhimova İlhamə Seyran qızına Hacıqabul rayon xəstəxanasında antibiotik inyeksiya edilib.

Nəticədə pasiyent anaflaktik şoka düşərək ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

tag: Hacıqabul, İnyeksiya, Rəhimova İlhamə, Anaflaktik şok, todaypress.az,