Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürdü

Hadisə

03.10.2024 13:55

Hacıqabulda 21 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

TodayPress-in məlumatına görə, hadisə rayonun Kolanı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Novruzov Elvin Rövşən oğlu həyətdə iş görərkən ehtiyatsızlıqdan elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

tag: Haciqabul ,Hadisə ,Cərəyan ,Araşdırma ,Elektrik ,todaypress.az,