Gürcüstanda itkin düşən Aytac Məmmədovanın meyiti aşkarlandı

Hadisə

15.05.2025 00:04

14

Gürcüstanın paytaxtı Tbilisidə Kür çayına düşən avtomobilin və içərisindəki şəxslərin axtarışları zamanı qadın meyiti aşkarlanıb.

TodayPress "24News.ge" xəbər portalına istinadən bildirir ki, tapılan meyit aidiyyəti üzrə ekspertizaya göndərilib.

Ekspertiza nəticələrinə əsasən müəyyən olunub ki, meyit 40 gün əvvəl itkin düşmüş Qardabani bələdiyyəsinin Kosalı kənd sakini, 21 yaşlı Aytac Məmmədovaya məxsusdur.

Xatırladaq ki, Aytac Məmmədova ötən ay itkin düşüb və axtarışları nəticə verməyib.

Faktla bağlı araşdırma aparılır.

tag: Gürcüstan, Tblisi, Kür, Ölüm, todaypress.az,