Güclü külək şəhər yollarında bəzi işıqforlara zərər vurdu
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yollardakı vəziyyəti tam nəzarətdə saxlayır və yaranan problemlər qısa müddət ərzində həll edilir.
Bu barədə TodayPress-ə DİN-in NİİM-dən məlumat verilib.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.
tag: DİN,İşıqfor,Yağış,Zərər,Todaypress.az,