Güclü külək 50-dən çox ağacı aşırdı - RƏSMİ

Hadisə

16.04.2025 11:14

16

Aprelin 15-i axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, bu gün səhər saat  10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.

Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.

"Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir" deyə əlavə olunub.

Töhfə Səməd

tag: BŞİH,Hava,Ağac,Devrilmə,Todaypress.az,

photo
photo
photo