Göygöldə maşın piyadanı vurdu

Hadisə

19.04.2025 22:10

9

Göygöldə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, qəza rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

tag: Göygöl, Yol-Nəqliyyat, Hadisə, Yeni Qızılca, Piyada ,Ölüm, todaypress.az,