Göygöldə maşın aşdı - Sərnişin öldü

Hadisə

18.04.2025 23:40

14

Göygöldə minik maşını aşıb.

TodayPress-in  məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin - 2007-ci il təvəllüdlü Ö.İsmayılov hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

tag: Göygöl,Maşın, Çaylı, Qəza,Ölüm, todaypress.az,