Göygöldə avtomobil arakəsməyə çırpıldı: Ölən və yaralı var

Hadisə

20.04.2025 23:53

13

Göygöl rayonunda ölümlə nəticələn ağır yol qəzası baş verib.

TodayPress xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kənd ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin maneə çırpılması nəticəsində 1990-cı il təvəllüdlü Röyal İmanov dünyasını dəyişib, 2002-ci il təvəllüdlü Əli Süleymanov isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

tag: Qəza,Hadisə,Göygöl,Avtomobil,todaypress.az,