Göyçayda traktor velosipedçini vuraraq öldürdü
Hadisə
12.07.2024 20:49
Göyçayda traktor velosipedçini
vuraraq öldürüb.
TodayPress xəbər verir ki,
hadisə rayonun Ucar Göyçay yolu istiqamətində olub. İlkin məlumata əsasən,
velosipedçi hadisə yerində vəfat edib.
DİN-in Mətbuat Xidmətinin Şəki
regional qrupundan bildirilib ki, iyulun 12-də saat 17 radələrində Ucar-Göyçay
avtomobil yolunun Göyçay rayonunun Xəlitli kəndi ərazisindən keçən hissəsində
Mürşüd İsmayılov idarə etdiyi traktorla velosipedçi, 1963-cü il təvəllüdlü
Soltanov Azad Məhəmmədəli oğlunu vurub. A.Soltanov aldığı xəsarətlərdən hadisə
yerində ölüb.
Araşdırma aparılır.
tag: Göyçay, Qəza, Traktor, Velosipedçi, todaypress.az,