Göyçayda pirotexniki vasitələr satan şəxs müəyyən olundu

Hadisə

13.12.2024 12:55

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən T.Qayıbov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan TodayPress-ə bildirilib ki, ondan müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb. 

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib.

tag: Göyçay, Pirotexniki vasitə, Aşkarlanma, qadağan, todaypress.az,