Göyçayda evin eyvanı uçdu, 5 nəfər xəsarət aldı

Hadisə

08.04.2025 10:30

7

Göyçayda yas mərasimi zamanı evin eyvanı uçub. 

TodayPress xəbər verir ki, hadisə Fərahim İsrafil oğlu Vahidova məxsus evdə qeydə alınıb. 

Evdə yas mərasimində iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanı uçub.   

Nəticədə 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar. 

Araşdırma aparılır.

tag: Göyçay,Yas,Mərasim,Eyvan,Uçqun,Todaypress.az,