Göyçayda “BMW” piyadanı vuraraq öldürdü
Hadisə
11.01.2025 10:43
Göyçayda avtomobil qadını vuraraq öldürüb.
TodayPress xəbər verir ki, 1989-cu il təvəllüdlü Göyçay şəhər sakini Rəşad Fərzəliyev idarə etdiyi “BMW X5” markalı avtomobillə piyada, 1954-cü il təvəllüdlü, Göyçay şəhər sakini Almaz Qniyaz qızı Məmmədovanı ehtiyatsızlıqdan vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
tag: Göyçay ,Piyada ,Ölüm, Avtomobil, todaypress.az,