Goranboyda yük maşını körpüdən çaya aşdı, sürücü öldü

Hadisə

08.02.2025 20:38

2557

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

TodayPress xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.


Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.

Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

tag: Goranboy, Yol , Qəza, Ağcakənd, todaypress.az,