Goranboyda "Mercedes" işıq dirəyinə çırpıldı - Sürücü öldü

Hadisə

10.06.2024 08:31

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

TodayPress xəbər verir ki, hadisə Goranboy-Tərtər magistral yolunun rayonun Xanqərvənd kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü 39 yaşlı Ə.Seyidov hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır (apa).

 

tag: "Mercedes", Avtomobil, Goranboy, Tərtər, todaypress.az,