Goranboyda iki avtomobil toqquşdu

Hadisə

19.04.2025 23:30

5

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, qəza Bakı–Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili “VAZ 2107” markalı avtomobilə arxadan çırpılıb.

Toqquşmanın təsirindən “Prius” yolun kənarındakı dəmir arakəsməyə dəyib. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə  ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

tag: Goranboy, Qəza, Toqquşma, Bakı-Qazax, Borsunlu, todaypress.az,