Goranboyda faciə -23 yaşlı gənc özünü asdı
Hadisə
28.06.2024 22:31
Goranboyda intihar hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə rayonun Xoylun kəndində qeydə alınıb.
Kənd sakini 2001-ci il təvəllüdlü Amin Həsənli yaşadığı evin həyəiındə özünü asıb.
Onun cəsədi yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.(apa)
tag: Goranboy, Gənc,Hadisə, Hüquq-mühafizə orqanları, todaypress.az,