Goranboyda ər və arvad dəm qazından boğularaq öldü
Hadisə
31.10.2024 20:15
Goranboyda iki nəfər dəm qazından boğularaq
ölüb.
TodayPress xəbər verir ki, hadisə rayonun Nizami
kəndində qeydə alınıb.
Kəlbəcər rayon sakinləri - 1958-ci il təvəllüdlü Əkbərov
Kamal Qurbanlı oğlu və həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əkbərova Aidə Əli
qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki şəxs hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
tag: Dəm Qazı, Goranboy, Nizami, Ölüm, todaypress.az,