Goranboyda 76 yaşlı kişini qatar vurdu
Hadisə
27.01.2025 20:42
Goranboyda Azərbaycan Dəmir Yolunun Dəliməmmədli stansiyasının
ərazisində qatar 76 yaşlı kişini vurub.
TodayPress
xəbər
verir ki, Dəliməmmədli şəhər sakini 1949-cu il təvəllüdlü Sabir Abdullayevi
hərəkətdə olan qatar çiyin nahiyəsindən vuraraq yerə yıxıb.
Xəsarət alan
yaşlı kişi Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Əraziyə
hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
tag: Goranboy, Qatar, Dəliməmədli, Hüquq-Mühafizə, Xəsarət, todaypress.az,