Goranboyda 56 yaşlı kişi intihar etdi

Hadisə

24.01.2025 03:11

Goranboyun Qarasüleymanlı kəndində intihar hadisəsi baş verib.

TodayPress xəbər verir ki, kənd sakini 56 yaşlı M.Yusifov yaşadığı evdə özünü asıb.

56 yaşlı kişinin meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb.

İlkin məlumata görə, M.Yusifov ailə münaqişəsi zəminində yaşadığı fərdi yaşayış evində özünü asaraq həyatına qəsd edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy rayon prokrorluğunda araşdırma aparılır.

 

tag: İntihar, Goranboy, Kişi,Kənd, Asmaq, todaypress.az,