Goranboyda 50 yaşlı piyadanı avtomobil vurdu, vəziyyəti ağırdır

Hadisə

12.11.2024 02:12

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə Goranboy-Ağcakənd avtomobil yolunun rayonun Qaraçinar kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, hərəkətdə olan avtomobil, yolu keçmək istəyən piyada, 1974-cü il təvəllüldü M. Zeynalovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı aradırma aparılır.

 

tag: Goranboy, Piyada, Ağcakənd, Avtomobil, Xəstəxana, todaypress.az,