Goranboyda 5-dən çox kəndi sel apardı
Hadisə
08.06.2024 20:27
Goranboyda küləklə müşahidə olunan leysan fəsadlar törədib.
TodayPress xəbər verir ki, yağış nəticəsində yaranmış sel suları rayonun Rəhimli, Veyisli, Qazaxlılar, Goranlı, Borsunlu və daha bir neçə kəndlərinə ziyan vurub.
Bir neçə vətəndaşın evinin həyətinə, əkin sahələrinə sel suları dolub. İki vətəndaşa məxsus avtomobilə zərər dəyib.
Qeyri-sabit hava şəraiti səbəbindən bir neçə kənddə elektrik enerjisinin verilməsi dayandırılıb.
Hazırda ərazidə fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir (report).
tag: Goranboy, Sel suları, Goranlı, Qeyri-sabit hava , todaypress.az,