Goran-Naftalan yolunda qəza oldu - Yaralılar var
Goran - Naftalan yolunda avtoqəza olub.
TodayPress xəbər verir ki, Kəlbəcər rayonu Qamışlı kənd sakini Veyisli
kəndində məskunlaşmış 1996-cı il təvəllüdlü Səmədov Əli Yalçın oğlunun idarə
etdiyi "Mercedes" markalı 10 SN 925 dövlət nömrə nişanlı avtomaşınla
Biləsuvar rayonu Günəşli kənd sakini 01.07.1993-cü il təvəllüdlü Şəmmədov
İbadət Babacan oğlunun idarə etdiyi "VAZ 2107" markalı 12 BH 259
dövlət nömrə nişanlı avtomaşın toqquşub.
Qəza zamanı
"Vaz 2107"də olan sürücü və sərnişini Balakən rayon Hənifə kənd
sakini 05.06.1989 cu il təvəllüdlü Əliqayev Zeynəddin Nəsrəddin oğlu xəsarət
alıblar. Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Vəziyyətləri normaldır
tag: Goran, Naftalan, Qəza, Qamışlı, Mercedes, Balakən, todaypress.az,