Gəncədəki zəhərlənmə ilə bağlı AQTA araşdırmaya başladı
Gəncədə beş nəfərin qidadan zəhərlənməsi hadisəsi qeydə alınıb.
TodayPress-in sorğusuna cavab olaraq AQTA-dan bildirilib ki, daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsi tərəfindən məsələ nəzarətə götürülüb.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək" deyə qeyd edilib.
Töhfə Səməd
tag: AQTA,Sorğu,Zəhərlənmə,Gəncə,Todaypress.az,