Gəncədə yol qəzası baş verdi, yaralananlar var

Hadisə

03.08.2024 23:38

Gəncə şəhərində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir neçə nəfər yaralanıb.

TodayPress xəbər verir ki, avtomobil qəzası nəticəsində 1990-cı il təvəllüdlü V.Allahverdiyev, 2002-ci il təvəllüdlü B.Quliyev və 1961-ci il təvəllüdlü Ş.Yusibova xəsarət alıb.

Onların vəziyyəti qənaətbəxş hesab edilir. Faktla bağlı araşdırma aparılır.

tag: Gəncə, Qəza, Fakt, V.Allahverdiyev, B. Quliyev, todaypress.az,