Gəncədə yaşayış binasının dam örtüyündə yanğın baş verdi

Hadisə

29.12.2024 08:44

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olub.

TodayPress xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğın söndürülüb və alovun yayılmasının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

tag: Atatürk, Gəncə, Yanğın, FHN, todaypress.az,