Gəncədə velosiped yük maşınına çırpıldı, xəsarət alan var

Hadisə

10.04.2025 23:50

11

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Velosiped arxadan yolda hərəkətdə olan “KamAZ”a çırpılıb. 43 yaşlı velosipedçi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

tag: Gəncə, Yol Nəqliyyat ,Hadisə, Gülüstan,Qəsəbə, Velosipet, Kamaz, todaypress.az,