Gəncədə silah satan şəxs saxlanıldı
Hadisə
12.06.2024 08:25
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı 2000-ci il təvəllüdlü Azər Abbasov saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, ondan 12 ədəd müxtəlif markalı avtomat və tapança aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs silahları Göygöl rayonu ərazisindən götürdüyünü və satmaq üçün Gəncə şəhərinə gətirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, A. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.
tag: Silah, Avtomat, Gəncə Şəhər Baş Polis İdarəsi, Göygöl, todaypress.az,