Gəncədə qanunsuz tikililər söküldü

Hadisə

01.10.2024 11:50

Gəncə şəhərində qanunsuz tikililər sökülüb.

Bu barədə TodayPress-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Abbas Səhhət küçəsində ayrı-ayrı tikililərdə qanunsuz olaraq artırma və ikinci mərtəbənin inşa edilməsi faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

"Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb" deyə məlumatda qeyd olunub.

tag: Gəncə, FHN, Qanunsuz, Tikinti, todaypress.az,