Gəncədə qanunsuz tikili söküldü
Hadisə
26.09.2024 13:12
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-dən TodayPress-ə verilən xəbərə görə, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Nəriman Nərimanov prospektində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
tag: Fövqəladə Hallar Nazirliyi ,Tikinti ,Qanunsuz ,Gəncə ,İcra Hakimiyyəti ,todaypress.az,