Gəncədə qadın dəm qazından zəhərləndi

Hadisə

15.04.2025 22:40

8

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

TodayPress-in məlumatına görə, hadisə şəhər ərazisində baş verib. 1999-cu il təvəllüdlü A. Həmzəyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 26 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

tag: Gəncə, Qadın, Zəhərlənmə, Xəstəxana, Qaz, Dəm, todaypress.az,