Gəncədə piyadanı avtomobil vurdu, vəziyyəti ağırdır
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Belə ki, yolda
hərəkətdə olan "Opel" markalı minik avtomobili yolu qarşı tərəfə
keçmək istəyən 2000-ci il təvəllüdlü E. Əliyevi vurub.
Piyada
xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirlir.
Hadisə yerinə
DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı
araşdırma aparılır.
a
tag: Gəncə, Piyada, Xəstəxana, Opel, Qəza, todaypress.az,