Gəncədə ov tüfəngindən açılan atəş can aldı
Gəncədə ov tüfəngindən xəsarət alan şəxs xəstəxanada ölüb.
TodayPress xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, güllə yarası alan Bəxtiyar Heydərov ölüb.
Xatırladaq ki, iyunun 7-də saat 17:45-də Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B. Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H. Mamedov müəyyən olunaraq saxlanılıb.
Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir (apa).
tag: Gəncə, Ov tüfəngi, Kəlbəcər , Xəstəxana, todaypress.az,