Gəncədə minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət aldı

Hadisə

02.01.2025 02:23

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.


Belə ki, prospektdə hərəkətədə olan "Hyundai" ilə "VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Qəza, Gəncə, VAZ-2106, Nizami, Yol-Nəqliyyat, todaypress.az,