Gəncədə intensiv yağışlar ciddi fəsadlar törətdi
Hadisə
17.10.2024 16:23
Gəncə şəhər Məhsəti qəsəbəsində yağış suları küçələrə dolub, yollarda hərəkət çətinləşib.
TodayPress-in məlumatına görə, gecə saatlarında yağan güclü yağış Gəncə şəhərində bəzi küçələrdə fəsadlar törədib.
Şəhərin Məhsəti qəsəbəsində bir neçə küçəyə yağış suları dolub. Avtomobil və piyadaların hərəkətində çətinliklər yaranıb.
Şəhər ərazisində hazırda yağıntılı hava şəraiti müşahidə olunmur.
Hadisə ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərin içməli su və çirkab su sistemlərinin yenidən qurulmasını hədəfləyən "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsinin Məhsəti qəsəbəsində də icrasından sonra mövcud problem öz həllini tapacaq.
tag: Gəncə ,Məhsəti, Yağış, Sular ,İcra Hakimiyyəti ,todaypress.az,