Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlandı
Hadisə
22.11.2024 04:23
Gəncə şəhərində iki nəfər mübahisə
zəminində bıçaqlanıb.
TodayPress xəbər verir ki,, xəsarət alan 1969-cu il
təvəllüdlü E.Hüseynov və həyat yoldaşı, 1968-ci il təvəllüdlü U.Hüseynova
xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon
sakini, 1982-ci il təvəllüdlü R.Abbasov polis əməkdaşlarının keçirdikləri
müvafiq tədbirlər nıticəsində saxlanılıb və istintaqa təhvil verilib.
Qeyd edək ki, R.Abbasov zərərçəkən E.Hüseynovun bacısı
oğludur.
Faktla bağlı araşdırma aparılır.
tag: Gəncə, Bıçaqlanma, Hadisə,Mübahisə, todaypress.az,