Gəncədə iki minik avtomobili toqquşdu, xəsarət alanlar var

Hadisə

13.04.2025 07:34

10

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress-in xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ 2107 və "Opel" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsiri ilə VAZ 2107 yol kənarındakı bardürə çırpılıb.

Qəza nəticəsində 2002-ci il təvəllüdlü İ. Niftalıyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

tag: Opel,Gəncə, Qəza, VAZ-2107, Yaralı,Xəsarət, todaypress.az,