Gəncədə iki avtomobil toqquşdu, xəsarət alanlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress-in məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Prius" və "LADA Priora" markalı iki minik avtomobili toqquşub.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır
tag: Gəncə, Yol-Nəqliyyat, Lada, Pirus, Avtomobil, Xəsarət, todaypress.az,