Gəncədə evdə qaz balonu partladı, xəsarət alan var

Hadisə

11.02.2025 08:11

2290

Gəncədə evdə qaz balonu partlayıb.

TodayPress-in məlumatına görə, hadisə nəticəsində Gəncə şəhər sakini, 65 yaşlı E.Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisənin ehtiyatsızlıqdan qeydə alındığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

tag: Gəncə ,Qaz, Balon, Partlama, Yanıq, Xəstəxana, todaypress.az,