Gəncədə avtomobil tibb işçisini vuraraq öldürdü

Hadisə

07.11.2024 22:06

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

TodayPress xəbər verir ki,  şəhər ərazisində xəstəxanaların birində tibb bacısı işləyən 1969-cu il təvəllüdlü R.Quluyevanı avtomobil vurub.

O, aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

tag: Gəncə, Ölüm, Qəza, Xəstəxana, Avtomobil, todaypress.az,