Gəncədə avtomobil işıq dirəyinə çırpıldı

Hadisə

11.04.2025 23:30

12

Gəncədə yol qəzası olub.

TodayPress-in məlumatına görə, qəza Fətulla Həsənov küçəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb. Avtomobilə və işıq təsərrüfatına ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

tag: Gəncə,Qəza,Fətulla Həsənov , Mercedes, Avtomobil, todaypress.az,