Gəncədə 49 yaşlı kişi bıçaqlandı
Hadisə
26.07.2024 00:30
Gəncədə bıçaqlanma hadisəsi
qeydə alınıb.
TodayPress xəbər verir ki,
hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü
E. Seyidov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat
olunub.
Zərərçəkənin vəziyyətinin orta
ağır olduğu bildirilir. Məlumata görə 49 yaşlı kişi tanıdığı şəxs tərəfindən
bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Gəncə, Seyidov, Bıçaqlanma, Yeni Gəncə, todaypress.az,