Gəncədə 31 yaşlı qadını avtomobil vurdu
Gəncə şəhərində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1994-cü il təvəllüdlü Rəna Zeynalovanı vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
tag: Gəncə, Avtomobil, Piyada, Ölüm, todaypress.az,