Gəncədə 22 yaşlı piyadanı avtomobil vurdu
Hadisə
15.09.2024 04:18
Gəncədə piyadanın xəsarət alması
nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə şəhər ərazisində,
marketlərin birinin qarşısında qeydə alınıb.
Məlumata görə, şəhər sakini, 22 yaşlı G.Süleymanova yolu
qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub.
Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və
xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
tag: Gəncə, Qəza, Xəsarət, Piyada, todaypress.az,