Gədəbəydə döyülən ana və qızın SON DURUMU
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, aprelin 11-i saat 13:40 radələrində 2 nəfər (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1983-cü il təvəllüdlü şəxsə (İ.Mürsəlova - red.) dizin və çiyinin əziyi, 2007-ci il təvəllüdlü (N.Mürsəlova - red.) şəxsə isə üz nahiyəsinin əziyi diaqnozları təyin edilib. "Hər 2 pasiyentə zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar" deyə məlumat verilib.
Qeyd edək ki, ilkin məlumata əsasən, İ.Mürsəlova qaynatası və baldızı tərəfindən döyülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır, ekspertiza təyin olunub.
Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcək.
Töhfə Səməd
tag: TƏBİB,Döyülmə,DİN,Ana,Qız,Todaypress.az,