Füzuli-Ağdam yolunda qəza- Sürücü və sərnişin öldü
Hadisə
19.06.2024 21:16
Bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib.
TodayPress xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb. Bildirilib ki, baş verən qəza nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatlarını itiriblər.
Araşdırma aparılır.
tag: Ağdam-Füzuli yolu, Qəza, Daxili İşlər Nazirliyi,Avtomobil, todaypress.az,