FHN: Qaradağ və Abşeron rayonlarında hərbi sursat aşkarlandı

Hadisə

10.04.2025 12:40

7

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində və Abşeron rayonunun Fatmayı kəndində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə TodayPress-ə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra çevik qrup tərəfindən ümumilikdə 1 ədəd 100 millimetrlik top mərmisi, 4 ədəd RQD-5 əl qumbarası və 4 ədəd UZRQM partladıcısı götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

tag: FHN,Qaradağ,Abşeron,Silah,Qumbara,Top Mərmisi,Todaypress.az,

photo
photo