FHN: Ötən sutka 54 yanğına çıxış olub

Hadisə

17.02.2025 10:33

2725

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları nəticəsində 3 nəfərin meyiti təhvil verilib. 

Bu barədə TodayPress-ə FHN-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları nəticəsində 3 nəfərin meyiti təhvil verilib.

tag: FHN,Məlumat,Yanğın,Operativ,Sutka,Xilasetmə,Todaypress.az,