FHN: müvəqqəti yaşayış üçün çadır quruldu

Hadisə

24.04.2025 15:13

9

Fövqəladə Hallar Nazirliyinə Şabran rayonunun Padar kənd sakini İsmixanov Sərxan Hacıbala oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub. 

Bu barədə TodayPress-ə FHN-dən məlumat verilib.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

tag: FHN ,Çadır,Yaşayış,Kömək,Todaypress.az,